Bu gün Gürcüstanın müdafiə naziri Tina Xidaşvili illik məruzənin təqdimatı zamanı orduya məcburi çağırışın ləğv edilməsi barədə qərar imzalayıb.
Virtualaz.org xəbər verir ki, müvafiq qanun parlament tərəfindən qəbul edilməyib, lakin o elə bir yol tapıb ki, parlamentin qərarı olmadan bununla bağlı qərar verə bilsin.
“Mən buradaca, sizin qarşınızda orduya məcburi çağırışın ləğv edilməsi barədə qərarı imzalayıram, müvafiq olaraq, qərar qüvvəyə minir”, – Xidaşvili deyib.
Daha öncə Gürcüstanda orduya məcburi çağırışın 2017-ci ildən ləğv edilməsi nəzərdə tutulurdu.