İsti havada insanın ürək-damar sistemi güclü yükləmələrə məruz qalır. Məhz bu səbəbdən isti havada ürək tutmaların, inrarkt və insultun sayı xeyli artır.
Bəzi məhsullar var ki, bu məhsulların tez-tez qəbulu ürəyə isti havaya tab gətirməyə kömək edir. Bu məhsullar arasında:
– Ət, qaraciyər.
Bişmiş mal və toyuq əti və xüsusilə qaraciyər koenzim Q10 maddəsi ilə zəngindir. Bu maddə sağlam ürək və damarlar üçün olduqca vacibdir.
– Zeytun, küncüt yağı.
Bu yağlar da koenzim Q10 maddəsi ilə zəngindir.
– Ərik, ərik qurusu və ərik şirəsi.
Kaliumla olduqca zəngin olan ərik ürəyin normal fəaliyyətinə kömək edir.
– Qabıqda bişirilmiş kartof.
Kartof da kaliumla zəngindir.
– Pomidor.
Kalium və likopin maddəsi ilə zə
ngin olan pomidor ürək üçün ən faydalı məhsullardan biridir.
– Banan.
Ürəyin növbəti dostudur. Kaliumla zəngin olan banan ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır.
– Noxud, mərci, lobya.
Bu məhsullarda həm kalium, həm də koenzim Q10 maddəsi var.
– Keşyu, badam, araxis, fındıq, qoz, balqabaq tumları, küncüt.
Bu məhsullar koenzim Q10 və həmçinin maqneziumla zəngindir. Maqnezium və kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardandır.
– İspanaq.
Bu göyərti ürək üçün ən faydalı məhsullardan biri sayılır. İspanağın tərkibində kalium, maqnezium, koenzim Q10 və digər ürək üçün faydalı maddələr var.