Bu gün “Avro-2016”nın F qrupunda üçüncü turun oyunları keçirilib.
Strateq.az xəbər verir ki, İslandiya millisi Avstriyanı 2-1 hesabı ilə udaraq adını 1/8 finala yazdırıb. Bununla İslandiya tarixində ilk dəfə mərhələ adlamış olub.
Qrupun digər oyununda “Avro-2016”nın sürpriz komandalarından olan Macarıstan millisi isə Portuqaliya ilə üz-üzə gəlib. Oyun bərabərə bitib – 3-3.
Bu bərabərlik Portuqaliyanı qrup ikincisi kimi növbəti mərhələyə şıxarıb. Macarlar isə qrup llideri kimi ötən turdan 1/8 finala vəsiqəni təmin ediblər.
Onu da qeyd edək ki, bu qrupda Portuqaliyanın 1 xal qazanması Türkiyə millilərinin də durumuna ciddi təsir edib. Əgər Portuqaliya millisi uduzsaydı, o zaman türklər 1/8-ə çıxacaqdılar. İndisə Türkiyənin E qrupunda bu gecə oynanan oyunlardan aslıdır. Əgər İsveçlə İrlandiya məğlub olarlarsa, o zaman Terimin komandası finala çıxacaq.