Ramiz Tağıyev: “MTN məndən DİN naziri Ramil Usubov, müavini Vilayət Eyvazov və ölkənin digər nüfuzlu şəxsləri əleyhinə istifadə etmək istəyidi”
Son günlər MTN sabiqlərinin əlində olan porno kasetlər gündəmi qarışdırıb. Belə kasetlərin olub-olmaması bir çoxlarını narahat edib. Sabiq nazir Eldar Mahmudovun həbs edilməməsi də onun xaricə çıxara bildiyi kasetlərlə əlaqələndirilir. Bu arada isə Millətim.info-ya ilginc məlumatlar ötürülüb.
Məlumatda Bakı İstintaq Təcridxanasında intihar etmiş MTN polkovniki İlqar Əliyevin intihardan öncə yazdığı son məktubundan söhbət açılıb. Məlumat verən mənbə həmin məktubun istintaq təcridxanasının əməliyyatçısı-Çovdarovun həmyerlisi olan bir zabitin əlinə keçdiyini xüsusi olaraq vurgulayıb. Məktub məxfi şiriflərlə yazıldığından hadisə yerinə ilk gələn “nadzor”lar yazılanlardan heç bir şey anlamayıblar.
Mənbə həmin məktubun istintaq orqanlarına çatdırılmadığını əminliklə qeyd edib. Görünən odur ki, İntihar etmiş İlqar Əliyev təcridxana işçiləri sırasında MTN-ə xidmət göstərənlərin çoxluğundan məlumatlı olub və həmin məktubun sabiq MTN rəhbərliyinə ötürüləcəyinə şübhə etməyib. İ.Əliyevin sabiq nazir E.Mahmudovun ən sevimliləri sırasında oldugunu nəzərə alsaq, söyləmək mümkündür ki, porno çəkilişliər onun tərəfindən aparılıb və etibarlı məkanda saxlanılıb. Daha öncə apardığımız araşdırmalar da bunu söyləməyə əsas verir ki, MTN-nin əsas şantaj əməliyyatları həmin nazirliyin Antiterror Mərkəzi tərəfindən aparılıb ki, intihar etmiş polkovnik də həmin mərkəzin rəis müavini olub. Onun intihar etməsindən sonra mərkəzin rəisi-MTN-dəki işindən uzaqlaşdırılıb həmin nazirliyin akademiyasına kafedra müdiri təyin edilmiş general-mayor Elçin Quliyevin həbs edilməsini təsadüfi saymaq düzgün olmazdı.
Millətim.info-ya açıqlama verən CANP sədri Ramiz Tağıyev MTN-nin Antiterror Mərkəzinin porno və digər şantajedici çəkilişlər apardıgından daha öncədən məlumatlı olduğunu söyləyib:”Bu yaramazların iyrənc əməlləri barədə düz 10 il yazdım. Təəssüf ki, səsimə səs verən kimsə tapılmadı.Nəticədə MTN rəhbərliyinin xüsusi göstərişinə əsasən 8 il həbs cəzasına məhkum edildim. MTN əvvəl məndən belə çirkin oyunlarda istifadə etmək istəyirdi. Təbii ki, mən onların təklif etdiyi milyonlara aldanacaq biri deyildim. Elçin və İlqarla məni keçmiş həbsxana yoldaşım -Ümid partiyasının sədri İqbal Ağazadə tanış etmişdi. İqbal onları iş adamı kimi təqdim etsə də, İlqarı həmən tanıdım. O, 2003-cü ildə həbs edilərək 5 il həbs olunmağımda xüsusi canfəşanlıq göstərmişdi. MTN məndən DİN naziri Ramil Usubov, müavini Vilayət Eyvazov və ölkənin digər nüfuzlu şəxsləri əleyhinə istifadə etmək istəyidi. Cəmi bir həftə “əməkdaşlıq”edib, MTN-nin iyrənc oyunlarını ifşa etdim. Təsəvvür edirsiniz, MTN açıq-aşkar “Əbu-Bəkr” məscıdində olan partlayışı DİN-in üzərinə atmaq istəyirdi. O zaman çalışdığım “Millətçilik” qəzetində MTN-i tam ifşa etdik. İki yazıdan sonra məni qəzetdən uzaqlaşdırdılar. “Osminoq”un qolları hər yerə uzanırdı. Bu gündə əminliklə söyləyə bilərəm; E.Mahmudovun hakimiyyətdə dayaqları hələ də güclüdür. Qeyd etdiyiniz sirli məktubda ona istintaq təcridxanasındakı dayaqları tərəfindən ötürülüb. İstintaq təcridxanasında və cəza çəkdiyim “zon”larda mənə xüsusi, ciddi nəzarət var idi. MTN-dən nə istəyirsən deyirdilər. İstintaq təcridxanasında bir zabit var idi ki, Çovdarovla dost olduğunu qeyd edib, birdə onun barəsində yazacağım təqdirdə, həyatımın şübhə altında qalacağını deyirdi. Kasetlərə gəlincə, həmin kasetlər İlqar Əliyev tərəfindən qorunub. Böyük ehtimalla sirli məktubda kasetlərin saxlanıldığı yerdən söhbət açılıb. Məktub Elçin Quliyevə və ya E.Mahmudova ötürülüb ki, Elçinin həbsi də həmin məktubun istintaqdan gizlədilməsiylə baglı ola bilər”
Turan Türk