Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinə 5453,9 milyon manat vəsait daxil olub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, büdcədən 5316,1 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 137,8 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,6 faizi səviyyəsində olub.