Ramazanın xurma problemi – Bahalıdır, içindən qurd çıxır

0
7

Ramazan ayı başlayandan xurmanın qiyməti 3 faiz qalxıb.

Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O, bu ayın sonuna kimi xurmanın qiymətinin bir az da atacağını deyib: “Orucluq başlayandan bizə gün ərzində ən azı 5 dəfə telefon zəngi olur və onlar xurmanın qiymətinin qalxmasından narazılıq edirlər. İşbazlar bayramlarda qiyməti qaldırırlar və sonradan aşağı endirmirlər”.

Ekspertin sözlərinə görə, istehlakçılara vaxtı keçmiş xurmalar satılır: “Xurmaların üzərində qeydlər fars əlifbası ilə yazılır. Təəssüflər olsun ki, məhz bu səbəbdən alıcı onun vaxtının keçdiyini bilmir və onu alır. Hətta bir çox hallarda xurma məhsullarından qurd çıxır. Artıq respublikada xurma ilə bağlı xeyli problemlər var. Lakin təəssüflər olsun ki, bu məsələyə hamı biganədir”.