ABŞ Dövlət Departamenti “Terrorizm 2015: ölkələr hesabatı” hazırlayıb.
Miilli.az-ın məlumatına görə, hesabata Türkiyənin israrla terror təşkilatları hesab etdiyi və barələrində sübutlar ortaya qoyduğu PKK-nın Suriya qolu PYD və YPG daxil edilməyib.
Hesabatın Türkiyə hissəsinə orada fəaliyyət göstərən PKK, TAK, DHKP-C, MLKP və İŞİD kimi terror təşkilatları daxil edilib. Hesabatda İŞİD-in Türkiyədə təşkil etdiyi terror aktları barədə məlumat verilib.
ABŞ Dövlət Departamentinin terrorla mübarizə koordinatoru Justin Siberell dünyada terror hücumlarının sayının 13 faiz azaldığını, lakin Əfqanıstan, Banqladeş, Misir, Suriya və Türkiyədə terror hücumlarında artım qeydə alındığını söyləyib. O, 2015-ci ildə terror hücumlarının 92 ölkədə həyata keçirildiyini bildirib. Hücumların 55 faizi İraq, Suriya, Əfqanıstan, Pakistan, Hindistan və Nigeriyada həyata keçirilib.
Siberell 2015-ci ildə İŞİD-in ən böyük beynəlxalq təhdid olduğunu vurğulayıb. Terrorla mübarizə koordinatoru 2015-ci ilin may ayından sonra İŞİD əhəmiyyətli bir qələbə qazana bilmədiyini, ilin sonuna olan nəticələrə görə İraqda sahib olduqları ərazinin 40 faizini itirdiyini deyib.
Virtualaz.org xatırladır ki,dünən Almaniya parlamentində Türkiyə əleyhinə sənəd – tarixdə heç vaxt baş verməyən “erməni soyqırımı”na dair qətnamə layihəsi qəbul edilib.
Türkiyənin xəbərdarlığına rəğmən müzakirələrə çıxarılan və səs çoxluğu ilə qəbul edilən sənəd “1915 və 1916-cı illərdə erməni və başqa xristian azlıqlarının soyqırımının xatırlanması və anımı” adlanır.
Onu da xatırladaq ki, sənəd layihəsinin müəllifləri hakim koalisiya və müxalif Yaşıllar partiyasıdır.