Leyla və Arif Yunus Hollandiyadan siyasi sığınacaq istədi –XİN-dən açıqlama

0
5

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus siyasi sığınacaq almaq üçün Hollandiya Xarici İşlər Nazirliyinə müraciət edib.

Hollandiya mətbuat xəbər verir ki, ötən ay müalicə almaq üçün Hollandiyaya gedən Yunuslar artıq sığınacaq almaq üçün sənədlərini Hollandiya XİN-ə təqdim ediblər.

Hollandiya XİN-dən bildirilib ki, L.Yunusun sığınacaq müraciətinə bir həftə ərzində cavab veriləcək.

Xatırladaq ki, Yunusların qızı Dinara Yunus da 2009-cu ildən Hollandiyadan siyasi sığıanacaq alıb. Yunusla ailəsi hazırda Amsterdamda yaşayır.

Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Yunuslar aprelin 19-da müalicə almaq üçün Hollandiyaya getmisdi.