“Zaqatalada 47 yaşlı qadında quduzluq aşkarlandı, vəziyyəti ağırdır”

0
4

2 ay əvvəl qadını it dişləyibZaqatalada qadının səhhətinə qarşı laqeyidsizliyi acı nəticələnib. 47 yaşlı qadında “Quduzluq xəstəliyinə şübhəli” diaqnozu aşkar edilib. 2 ay öncə sağ əlini it dişləsə də məlumatsızlıq və biganəlikdən vaxtında səhiyyə ocaqlarına müraciət etməyən qadının vəziyyəti ağırdır.

Kanal S (Region TV) xəbər verir ki, Zaqatalanın Faldarlı kənd sakini, 1969-cu il təvəllüdlü, Pəri Qasım qızı Turacovanın aprel ayının əvvəlləri yaşadığı kəndin ərazisində naməlum it dişləyib. İt dişləməsindən sonra Pəri Turacova hadisə barədə xəstəxanaya müraciət etməyib və bunu adi qarşılayıb. Bir müddətdən sonra vəziyyəti ağırlaşan Pəri Turacova Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəni “Quduzluq xəstəliyinə şübhəli” diaqnozu ilə ətraflı müayinə və müalicə etmək üçün təcili mütəxəssis həkimlər çağrılıb və xəstə RMX-nın Yolxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.Hadisə ilə bağlı rayona ezam olunan ixtisaslaşmış həkim xəstəni müayinə edərək, onun xüsusi rejimli palatada saxlanılaraq simptomatik müalicəsinin davam etdirilməsini tövsiyyə edib.Hazırda Pəri Turacovanın müalicəsi Zaqatala RMX-nın yolxucu xəstəliklər şöbəsində davam etdirilir.