Səhər yapon pəhrizi gündə 1 kiloqram arıqlamağa kömək edəcək!
Hər səhər banan yeyin və bir həftəyə 7 kq arıqlayın, cəlbedici səslənir, hə? Ən cəlbedici isə odur ki, bu pəhriz realdır!
Ən yaxşısı da odur ki, o, sizdən hansısa hədsiz səy tələb etmir. Ona görə bütövlükdə öz vərdişini dəyişmək, qidalanmanı azaltmaq lazım deyil. Məhz buna görə bu pəhriz belə populyar olub.
Qadin.az xəbər verir ki, onu yaponiyalı Hirosi Vatanabe hazırlayıb, ilk dəfə o, öz kitabında adını belə təqdim edib: “Səhər banan pəhrizi”.
Mahiyyəti çox sadədir: Səhər yalnız banan yemək və otaq temperaturunda su içmək.
Qalan vaxtda gün ərzində əvvəlki qidalanmanızı davam etdirə bilərsiniz.
İdman zallarında vaxt və pul itirmək istəməyənlər üçün bu sadə dieta əsil tapıntıdır.
Bax, bu da sadə dieta: Səhərlər bir təzə banan və bir stəkan su.
Bu səhər yeməyi əvəzinə yeyilməlidir.
Burada ən çətini: Nahara qədər heç nə yemək və içmək olmaz!
Qeyd: Bananın tərkibində olan xüsusi nişasta metabolizmanın fəaliyyətini stimullaşdırır.
1. Banan xoşbəxtlik hormonu olan serotonini çoxaldır. Bu da depressiyadan xilas olmağa kömək edir.
2. İdmanla məşğul olmazdan əvvəl iki banan yesəniz gücünüz artar, qandakı şəkərin miqdarı çoxalar.
3. Banan orqanizmi kalsiumla təmin edib, sümükləri bərkidir.
4. Əhvalı yüksəldir və simptomları aradan qaldırır. Əsəb sistemini sakitləşdirir, stresi götürür.
5. Tərkibindəki B: vitamini sayəsində ağ qan hüceyrələrini tənzimləyir.
6. Qida rasionunuza banan daxil etsəniz heç vaxt anemiyadan əziyyət çəkməzsiniz.
7. Banan insult və infarkt riskini azaldır, təzyiqi normada saxlayır.
8. Banan orqanizmdəki bakteriyaları aradan qaldırır.