Türkiyə təyyarəsinin ekipaj komandirinə İsraildə gecələməyə icazə vermədilər

0
6

«Türkiyə Hava Yolları» aviaşirkətinin təyyarəsinin ekipaj komandirinə İsraildə gecələməyə icazə verilməyib.

Virtualaz.org xəbər verir ki, buna səbəb THY pilotunun İran vətəndaşı pasportunu daşıması olub.

Bildirilir ki, pilot gecəni Tel-Əvivin mehmanxanalarından birində keçirmək istəyirmiş. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları ona Ben-Qurion hava limanının ərazisini tərk etməyi qadağan ediblər. Nəticədə, pilot elə ilk reyslə Türkiyəyə qayıtmağa məcbur olub.