“Gürcüstanda qadağan olunan dərmanlar Azərbaycanda satılır” – Əflatun Amaşov

0
4

Azinforum.az  xəbər verir ki, deputat Əflatun Amaşov sərhəd keçid məntəqələrində Miqrasiya Xidmətinin strukturunun fəaliyyət göstərilməsi ilə bağlı çıxış edib.
O bildirib ki, bu ölkəyə gələn əcnəbilərlə yanaşı, başqa ölkənin vətəndaşı olan azərbaycanlıların da işini yüngülləşdirəcək.

“Gürcüstanda rəsmi 230 minə yaxın, qeyri-rəsmi 350 min azərbaycanlı yaşayır. Minlərlə ailə var ki, tərəflərdən biri Gürcüstan vətəndaşıdır və 3 aydan bir sərhədi keçməlidir. Qanunvericiliyə əsasən ölkəyə gələn əcnəbilər 10 gün müddətində qeydiyyata düşməlidir.

Onlarsa ya düşür, ya da düşmür, müəyyən probelemlərlə əlaqədar qalır. Nəticədə onlar cərimə ilə üzləşir və ya ölkəyə gəlməsinə məhduyiyyət aparılır.

Təklif edirəm ki, sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin. Gürcüstandan təkcə azərbaycanlılar deyil, başqa millətlər də keçir.

Sərhəddə qeydiyyata düşmək üçün bu dəyişiklikdən əlverişli istifadə edilə bilər”. Deputat eyni zamanda Gürcüstanda qadağan olunan dərmanların Azərbaycanda istifadəsinə icazə verilməsindən danışıb.

“Mən Gürcüstanda yaşayan azərbaycanlılarla danışanda belə problemlə tanış oldum. Gürcüstanda qadağan olunan dərmanların Azərbaycanda istifadəsinə icazə verilir.

Nəticədə burada həmin dərmanı reseptsiz alıb Gürcüstana aparılanda şəxs çətinliklərlə üzləşir və ya cərimələr ödəməli olur. Təklif edirəm ki, bu da hansısa qayda da tənzimlənsin”.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, sərhəddə Miqrasiya Xidmətinin strukturunun yaradılması məsələsinə baxıla bilər.

“Lakin ikinci qaldırdığınız məsələ Gürcüstanın daxili məsələdir”,-deyə Oqtay Əsədov cavab verib.