Ramiz Tağıyev:”Bu gün də Türk millətçiliyinə bütün dünyanın təzyiqi açıqca hiss edilir”
Qardaş Türkiyə Cümhuriyyətində keçirilmiş Böyük Millət Məclisinə son seçkilərdəki uğursuzluq digər Türk Cümhuriyyətlərində fəaliyyət göstərən millətçi təşkilatlara da təsirsiz ötüşməyib. Elə Azərbaycanda da millətçi qurumların durumu xoşagəlim görünmür.Vəziyyətdən çıxış yolu necə görünür?-sualı ilə CANP sədri Ramiz Tağıyevə müraciət etdik.
O, pessimist olmadığını, yaxın gələcəkdə bütün Türk dünyasında millətçi, millətsevər kəsimin fəallaşacağına inandıgını söylədi: “Təəssüf ki, bütün dünyada Türk millətçiliyinin düzgün təbligi, təqdimatı aparılmayıb.Hələ SSRİ dönəmində sovet ideoloji sistemi Türkiyə barəsində düşmən təbliğatı aparır, xüsusi ilə Türk millətçiləri -bozqurdları (serıe volki) faşistlərlə eyniləşdirməyə çalışırdı. Bu da səbəbsiz deyildi. Bozqurdlar ermənilərin terror təşkilatı ASALA-nı darmadagın edirdilər ki, bu da erməni himayəçisi rusun xoşuna gələ bilməzdi.
R.Tağıyev Türk millətçilərinin bu gündə bütün dünyada təzyiqə uğradığını qeyd etdi: “Bu gün də Türk millətçiliyinə bütün dünyanın təzyiqi açıqca hiss edilir. Dünya gücləri Türk millətçilərini gözdən salmaq üçün aparılan təbligata milyardlarla vəsait xərcləməkdədirlər.Türkiyədə və digər Türk cümhuriyyətlərində millətçiləri parçalamaq üçün müxtəlif dini təriqətlər yaradılır. Həmin təriqətlərə ötürülən paralar təəssüf ki,öz “iş”ini görə bilir. Əslində bu, islam dininə də kifayət qədər agır zərbə vursada, nədənsə Türk Cümhuriyyətlərindəki dini qurumlar gün-gündən yağışdan sonrakı göbələklər kimi çoxalan “modern” təriqətlərə loyal münasibət sərgiləyir. Bütün dünya Türkləri bilməlidilər ki, ingilisin, yəhudinin, almanın və eləcə də rusun bütün fəaliyyətləri dövlət səviyyəsində millətçilik üzərində qurulub.Ugurları da məhz millətçiliyə bağlıdır. Sirr deyil ki,müsəlman ölkələri millətçilik ideologiyası üzərində fəaliyyətlərini qursaydılar, bu qədər günahsız qanlar axıdılmazdı. Millət sevgisiylə yaşayanlar, millətin bir nümayəndəsinin də qanının axmasına razı ola bilməz. Türk millətçisi öz baxışlarını Böyük Türkçü Alparslan Türkeşin “Doqquz İşıq” əsərinə uyğun formalaşdırmalıdırlar.
Müsahibimiz türkləri dünyanın ən humanist milləti adlandırdı: “Bəli,Türklər dünyanın ən humanist, insanpərvər, ədalətli millətidir. Türklər heç bir zaman öz cümhuriyyətlərində yaşayan digər xalqlara, ruslar və dünyanın özlərini sivil hesab edən başqa millətləri kimi ikinci sort vətəndaşlar kimi baxmayıblar. Ölkəmizdə bunu daha aydın görmək olur. İşğalçı Ermənistanda monoetnik cəmiyyət formalaşdığı halda, Azərbaycanda onlarla millətin nümayəndəsi bərabər ,mehriban yaşayır, qohumluq əlaqələri qururlar.Türk millətini, tarixini, mədəniyyətini dünyaya tanıtdırmaq üçün Türk cümhuriyyətində fəaliyyət göstərən millətçi təşkilatların ittifaqını yaratmağın da tam zamanıdır.Təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən bəzi siyasi təşkilatlar Avropanın, dünyanın liberal, demokratik ittifaqlarına qoşulsalar da,Türk cümhuriyyətləri millətçi təşkilatlarının ittifaqının yaranması üçün təşəbbüsdə bulunmayıblar.Bu da səbəbsiz deyil…Çünki onlar bilirlər ki,Qərbli, Şərqli bütün dünya Türk millətçilərinin Türk cümhuriyyətlərində iqtidara gəlməmələri üçün bütün iyrənc oyunlara baş vururlar.Düşünürəm ki, tezliklə bütün çətinlikləri dəf edib,Türk millətçiliyinin insanlıgın zirvəsi oldugunu bütün dünyaya sübut edə biləcəyik.”
Qüdrət