Dollarla bağlı gözlənilən iclas bitdi…
Dünya valyuta bazarlarında böyük səbirsizliklə gözlənilən ABŞ Mərkəzi Bankının (FED) bugünkü iclası başa çatıb.
Bloomberg-ə xəbər verir ki, FED dolların faiz göstəricilərini 0.25-0,50 % nisbətində saxlayıb.
Mərkəzi Bank dolların faiz nisbətində dəyişiklik etməsə də, hazırda bütün diqqət qurumun sədri Janet Yellenin Bakı vaxtı ilə 22:30-da edəcəyi çıxışdadır. Onun mətbuat konfransında veriləcək mesajların valyuta bazarlarında həlledici olacağı proqnozlaşdırılır.