2016-cı il ən isti il olacaq
Alimlərin hesablamalarına görə, 2016-cı il ən isti il olacaq.
Britaniyalı alimlərin hesablamalarına görə, növbəti 5 il ərzində Yer kürəsində temperaturun yüksəlməsi müşahidə ediləcək. Bu barədə “The Guardian” qəzeti yazır.
Alimlər hesab edir ki, meteoroloji müşahidələrdə 2016-cı il ən isti il kimi qeyd olunacaq. 2017-ci il ildə isə belə rekordlar gözlənilmir, amma sonrakı illər temperatur yenə yüksələn xətt üzrə inkişaf edəcək.
Təhqiqatçıların fikrincə, belə proseslərin səbəbi istixana qazlarının havaya buraxılmasının yüksək səviyyədə davam etməsi və El-Ninyo effekti (Sakit okeanın ekvatorial hissəsindəki su səthindəki temperaturların qeyri-sabitliyi).