Moskvada qripə görə karantin elan olundu
Moksvada qrip epidemiyasının geniş miqyas almasına görə karantin elan olunub.
Rusiya mətbuatı xəbər verir ki, şəhərin baş sanitar həkimi Yelena Andreyeva hazırda xəstəliyə yoluxanların sayının normadan 40%-dən çox olduğunu bildirib.
Bunu nəzərə alaraq, standart xidmət yaxın aylarda Moskva ərazisindəki obyektlərdə 24 saatlıq karantin tətbiq edir.
Moskvada yanvar ayında azı 4 nəfər qripin qurbanı olub. Ölkə üzrə isə ölənlərin sayı 30-u keçib.