Rusiya bankirlərindən S.O.S siqnalı

0
7

Rusiya bankirlərindən S.O.S siqnalı

Rusiya bankirləri ölkənin Mərkəzi Bankından bank sistemində sabitliyin qorunması və kəskin devalvasiyanın təsirlərinin azaldılması üçün əlavə tədbirlər görülməsini istəyib.

Strateq.az-ın məlumatına görə, Rusiya Bankirlər Federasiyası Mərkəz Bankın sədri Elvira Nabiullinaya məktub göndərərək, ölkədə getdikcə pisləşən maliyyə və iqtisadi vəziyyətdən şikayətlənib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı 2016 il 1 Yanvar tarixindən etibarən bütün bank hesablaşmalarını bazar iqtisadiyyatı şərtlərinə uyğunlaşdırmağa qərar vermişdi. Bununla yanaşı, 2014-ci ildə maliyyə bazarlarında yaşanan böhranı nəzərə alaraq, verilən güzəştli hesablaşma üsullarını da ləğv etmişdi.

Dekabr ayında “İnterfaks” agentliyinə verdiyi müsahibəsində Elvira Nabiullina demişdir: “Finansal güzəştlər məsələsiylə bağlı bizim görüşümüz ölkədə bank sisteminin bu güzəştlər tətbiq olunmadan böhrandan çıxa bilməsidir. 1 Yanvardan başlayaraq, bütün bank sistem bazarın tələblərinə uyğun olaraq çalışacaq, hesablamalar da bu üsulla həyata keçiriləcək”.

Rusiya Mərkəzi Bankı maliyyə sistemində tənzimləyici güzəştlərin bəzi maddələrini keçən il iyul ayında ləğv etmişdi. Daha sonra isə valyuta bazarında güzəştli məzənnə sistemi 1 Yanvar 2016-ci il tarixinə qədər uzadılmışdı.

Ancaq Rusiya maliyyə bazarındakı şok düşüşlər son günlərdə xeyli intensivləşdiyi üçün bankların rəhbərliyi Mərkəz Bankının proseslərə müdaxiləsini tələb edirlər.

Rusiyada dünən bir dollar kritik hədd sayılan 80 rubl sərhəddini aşıb.

LEAVE A REPLY