Gömrük generalı çağırış etdi: “İşbazlardan uzaq durun!”
Bakı Gömrük İdarəsi sahibkarlara rüsumu birbaşa, ikinci, üçüncü şəxslərin iştirakı olmadan ödəməyi məsləhət görüb.
İdarənin rəisi Vüsal Novruzov ANS-ə müsahibəsində deyib: “İşbazlar brokerlər adı altında iş adamları ilə sövdələşməyə getdiyi üçün sonda iş adamına böyük ziyan dəyir. Onun idxal etdiyi malın maya dəyərinə təsir göstərir. Biz müraciət edirik – işbazlardan uzaq durun. Bir müddət öncə sahibkarların iştirakı ilə tədbir keçirildi. Orda mən çıxış etdim və sahibkarlara tövsiyə etdim ki, özləri öz mallarını bəyan etsinlər və etdilər, nəticəsini də gördülər”.