Trampın oğlu ailəsinə təhdidlər olduğunu deyir:”Hamımıza poçtla ağ toz göndərilib”

0
6
ABŞ Prezidenti Donald Trampın ortancıl oğlu Erik özünün və ailəsinin bütün üzvlərinin təhdid edildiyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə E.Tramp “Fox News”a açıqlamasında söyləyib.

“Mənə də, ailə üzvlərimə də, bir sözlə, hamımıza poçtla ağ toz göndərilib. Hamımız təhdid olunmuşuq”, – o deyib.

Xatırladaq ki, daha əvvəl, fevral ayında ABŞ prezidentin böyük oğlu – kiçik Donald Trampın Nyu-Yorkdakı mənzilinə içərisində naməlum mənşəli ağ toz olan zərf çatdırılıb. Anonim göndərici zərfdə prezidentin oğlunun ünvanına təhqirlərlə dolu sözlər də yazıb və inun layiq olduğu münasibəti gördüyünü qeyd edib.