Cebhe.info xəbər verir ki, bu sözləri təhsil eksperti olan Kamran Əsədov deyib. O, bildirib ki, birdə “bunker müəllimləri” ortaya çıxıb:
“Əziz valideynlər, abituriyentlər: qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarını, mövzuları öncədən bilmək, məlumatlı olmaq mümkün deyil. Qəbul imtahanları çox ciddi şəkildə təşkil olunur, yüksək səviyyədə təhlükəsizlik təmin olunur. Kimsə bunker sistemində aparılan işlər barədə kənara məlumat ötürə bilməz.
İmtahandan yaxşı nəticə əldə etməyin bir yolu var: oda yaxşı hazırlıq.
Sizə yalandan vəd verəcək repetitor, kurs və şəxslərə inanmayın.
Heç kimin müəllifi olduğu test tapşırığı tam şəkildə istifadə olunmur. Yəni heç kim düşəcək sualları deyə bilməz”.