Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevin RF-nin Baş naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Bu barədə Trend Kremlin mətbuat xidmətinə istinadən məlumat verir.
Sənəddə deyilir: “Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin “a” bəndinə müvafiq olaraq, Dmitri Anatolyeviç Medvedev Rusiya Federasiyası Hökumətinin Sədri təyin edilsin”.
Fərman imzalandığı gündən, yəni mayın 8-dən qüvvəyə minib.