“ Azinforum.az ” ailem.az-a istinadən bununla bağlı sizə bir neçə tövsiyə verəcək.
Ətin mənşəyini ilk növbədə rənginə görə ayırd etmək mümkündür. At əti tam qırmızı rəngdə deyil. Kənardan baxan zaman onun ciyərə oxşayan tünd rəngdə olduğunu görə bilərsiniz. Mal əti isə qan qırmızı rəngə malikdir. Sadəcə rəng fərqindən bunun at, eşşək, yaxud mal əti olduğunu anlaya bilərsiniz.
At və eşşək ətinin üzərindəki yağ təbəqəsi dana ətinin yağından daha sarıdır. Halbuki dana ətinin üzərindəki yağ hər kəsin bildiyi kimi ağ rəngdə olur.
At və eşşək minik heyvanları olduğu üçün onların əti dana ətinə nisbətən daha liflidir. Lifli olduqları üçün də bu ətlər çox bərk olur və çeynənməsi olduqca çətinləşir.
Əgər aldığınız əti çeynəməkdə çətinlik çəkirsinizsə, bu hal istifadə etdiyiniz ətin ya at, ya da eşşək əti olmasına dəlalət edə bilər.