- Uzun illər belə hesab olunurdu ki, qara çörək ağ çörəkdən qat-qat faydalıdır. Lakin son araşdırmalar sübut edir ki, bu belə deyil.
Hər bir insanın bağırsaq mikroflorası fərqli olduğundan ona uyğun olan çörək də fərqli ola bilər. Bəzi insanların orqanizmi ağ çörəyi, digərlərin qara çörəyi daha asan mənimsəyir. Elə insanlar var ki, onlar nə qara, nə da ağ çörəyi yeyə bilmir və hər bir halda köp və narahatçılıq hiss edir.
Bu səbəbdən insan özünə uyğun çörək növünü özü seçməlidir.
Yeri gəlmişkən, belə hesab olunur ki, qara çörəkdə kalori daha azdır və arıqlamaq istəyən insan ağ çörəkdən imtina edib yalnız qara çörək yeməlidir. Bu da səhv fikirdir. Ağ və qara çörəyin kalori miqdarı çox fərqlənmir.