NATO-dan Moskvaya tələb: “Abxaziya və Cənubi Osetiyanı tanımaqdan imtina edin!”

0
4

NATO-dan Moskvaya tələb: “Abxaziya və Cənubi Osetiyanı tanımaqdan imtina edin!”

NATO baş katibi Yens Stoltenberq Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq barədə qəbul etdiyi qərarından imtina etməyə çağırıb.

NATO rəhbəri bunu NATO-Gürcüstan birgə komissyasının iclasında deyib.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli qeyd edib ki, NATO baş katibi ilə qarşılıqlı əlaqələrin intensivliyi Alyansın açıq qapılar siyasətini saxladığını göstərir. Bu isə Gürcüstana böüyk nikbinlik verir.

Gürcüstan xarici işlər naziri Georgi Kvirikaşvili həmçinin bu əlaqələrin Gürcüstan üçün əhəmiyyətli inkişafını qeyd edib. Onun sözlərinə görə, Stoltenberq Alyans üzvlərinin Gürcüstana maksimal dəstəyini vəd edib.

Rusiya XİN-i isə bildirib ki, Gürcüstanın NATO ilə əməkdaşlığını dərinləşdirməsi Tiflisin 2008-ci idə öz üzərinə götürdüyü öhdəliklərə ziddir.

LEAVE A REPLY