14 yaşı tamam olmamış şəxslərə dərman satışı qadağan edilə bilər –Yeni dəyişiklik

0
4
Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilə bilər.

Trend-in məlumatına görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişiklikdə məqsəd 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq, onlara dərman vasitələrinin buraxılmasının qadağan edilməsidir.