Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü başa çatdı- Bakı Bəyannaməsi qəbul olundu

0
4

Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü başa çatıb.

“Report” xəbər verir ki, Azərbaycan, Türkiyə və İran XİN başçılarının – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin iştirakı ilə keçirilən görüşünün yekununda Bakı Bəyannaməsi qəbul olunub.

“Sənəddə əməkdaşlığımızı necə gördüyümüz əks olunub. Bu, həm energetikadır, həm turizmdir, həm də nəqliyyatdır. Bu istiqamətlərdə əməkdaşlığımızı genişləndirmək istəyirik”, – E.Məmmədyarov görüşdən sonra bildirib.