Xiyar şirəsinin müalicəvi xüsusiyyətləri

0
4

Xiyar şirəsinin müalicəvi xüsusiyyətləri

Xiyar şirəsi çox effektli müalicəvi vasitə kimi istifadə oluna bilər.
Lakin yalnız təbii şəraitdə yetişdirilmiş xiyar və onun şirəsi orqanizmə fayda verə bilər. Şirə çəkdikdə xiyarı soymaq tövsiyə edilmir – xiyarı qabığında bir çox faydalı maddələr var.
– Xiyar şirəsi təbii sidikqovucudur. Şirə sidik kisəsini və sidik yolları yaxşı təmizləyir, burada yığılan duzları xaric edir. Lakin əgər sizdə böyrək daşı xəstəliyi varsa, xiyar şirəsindən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşir.
– Xiyar şirəsi ürək-damar sistemi üçün də çox xeyirlidir – arterial təzyiqi normallaşdırır, ürəyə olan gərginliyi azaldır, damarları təmizləyir.
– Xiyar şirəsi sakitləşdirici təsirə malikdir. Streslər, depressiyalar zamanı xiyar şirəsi təbii sakitləşdirici vasitə kimi istifadə oluna bilər.
– Xiyar şirəsi orqanizmdən sidik turşusunu xaric edir və bu səbəbdən revmatik xəstəliklər, podaqra zamanı da çox faydalıdır.
– Xiyar şirəsi bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliklə mübarizədə kömək edir, bağırsaqları yaxşı təmizləyir.

– Xiyar şirəsi ilə bağırsaqları təmizləyən və arıqlamağa kömək edən xüsusi kokteyl hazırlamaq olar – 1/2 stəkan xiyar şirəsi, 1/2 stəkan qatıq yaxşı qarışdırılır, ora 1/2 diş sarımsaq sıxılır və bir az xırda doğranmış şüyüd əlavə olunur. Kokteyl gün ərzində 1-2 stəkan olmaqla qəbul etmək olar.
– Xiyar şirəsi nəfəs yolları selikdən təmizləyir. Bu səbəbdən xroniki bronxit, xroniki obstruktiv ağ ciyər xəstəliyi və digər nəfəsalma sistemi xəstəlikləri zamanı bal əlavə olunmuş xiyar şirəsini içmək lazımdır.
– Xiyar və xiyar şirəsi üz dərisinə də çox müsbət təsir edir – dərini hamarlayır, ağardır, cavanlaşdırır, daha yumşaq və elastik edir. Dərinin gözəlliyi üçün xiyar şirəsini həm daxilə qəbul etmək, həm də xiyar şirəsi ilə kosmetik maskalar etmək olar. Bunun üçün pambıq parça təzə sıxılmış şirədə isladılır və təmiz üz dərisinə qoyulur. 20 dəqiqədən sonra parçanı götürün. Bir neçə belə sadə prosedurlardan sonra siz dərinizin rənginin və vəziyyətinin xeyli yaxşılaşmasını hiss edəcəksiniz.

LEAVE A REPLY