Ukraynada öldürülən azərbaycanlılarla bağlı rəsmi müraciət göndərildi

0
4

Ukraynada öldürülən azərbaycanlılarla bağlı rəsmi müraciət göndərildi

Azərbaycan tərəfi Ukraynada öldürülən azərbaycanlılarla bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciətlər göndərib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacyev məlumat verib.

H.Hacıyevin sözlərinə gpörə, 25 iyun 2015-ci il tarixində Ukraynanın Xerson vilayəti, Uryupinski rayonu Podlenivka kəndi ərazisində qətlə yetirilmiş 4 sentyabr 1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Nuruşov Vüqar Qiyas oğlu və 17 avqust 2015-ci il tarixində Xerson şəhərində qətlə yetirilmiş 1956-cı ildə Culfa rayonunda anadan olmuş Ukrayna vətəndaşı Tağıyev İlham Tağı oğlunun öldürülməsi ilə əlaqədar Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işləri Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən izlənilir: “Qeyd olunan cinayət işləri ilə əlaqədar səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciətlər göndərilib”.

LEAVE A REPLY