Bu barədə azvision.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı valideynlər və direktorla görüş keçirilib, onların şikayətləri dinlənilib: “Valideynlər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovun qəbulunda olublar. Hər iki tərəf dinlənildikdən və məsələ araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.