ABŞ-ın silahlandırdığı PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG qüvvələrinin İŞİD-dən təmizlənən Rəqqa şəhərinin mərkəzi hissələrinə Abdulla Öcalanın portretlərini asması, rəsmi Ankara tərəfindən çox sərt qarşılanıb.
Strateq.az xəbər verir ki, bu gün Prezident Ərdoğan D-8 toplantısında ABŞ-ın bu terror qruplaşmasına belə şərait yaratmasının qəbuledilməz oduğunu bəyan edib və Vaşinqtona “üstüörtülü mesaj” verib:
“Rəqqada terrorist başının portretini asıblar. Bunu Amerika necə izah edəcək?! İnanmırıq, siz terrorla mübarizədə yanımızda deyilsiniz. Bundan sonra qalxıb bizdən zaman-zaman nəsə istəməyin. Bilin ki, hər şeyin qarşılığı var”.
Rəsmi Ankaranın Öcalanın şəkilləri ilə bağlı artan etirazına isə ABŞ Müdafiə Nazirliyinin sözcüsü Dana Vayt belə cavab verib “Biz orada PYD ilə birlikdəyik. Bizim tək bağlılığımız İŞİD-ə qarşı mübarizədir və bu yöndə dəstəyimizi də davam etdirəcəyik”.