Uşaqlarda göz qırpma, çiyin atma, dırnaq yemə kimi vərdişlər niyə yaranır?

0
5

Şəmsiyyə Namazlı: “Bunlar mərkəzi sinir sistemindəki problemlərdən , orqanizmdə mineralların çatışmasından yarana bilir”.

“Vərdişlərin müalicəyə tabe olub, sonradan bərpa edilənləri də olur, bərpa edilməyənləri də. Sinir sistemindən kənar olanlar birbaşa insanın özündən, psixoloji durumundan asılı olur”

“Azyaşlı, yeniyetmə və gənclərdəki müxtəlif fiziki vərdişlərin ilk səbəbləri mərkəzi sinir sistemi ilə bağlıdır”.

Bunu Sherg.az-a bəzi insanlarda müşahidə olunan vərdişlərin səbəblərini izah edərkən fəlsəfə üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı deyib.

O bildirib ki, göz qırpma, ataksiyalar, çiyin atmaq və s. vərdişlər əsasən uşaq vaxtından, hansısa travmalardan qaynaqlanır: “Bəzən uzunmüddətli müalicələrin fəsadları kimi də belə vərdişlər ortaya çıxır. Ola bilər ki, sinir sistemindən kənarda yaranan, sadəcə şərti reflekslər olsun. İnsan bunlara adət etdikdə sanki ayrıla bilmir. Pis vərdişlər də eynilə bu cür olur.

Ən çox rast gəldiyimiz dırnaqların yeyilməsi uzun müddət davam edə bilir. Bu, həmin vərdişi olan şəxslərin özünə çox zərbə vurur. Dırnağın altında toplanan mikrobların çeynənməsi qurdların yaranmasına səbəb olur.

Vərdişlərin yaranması insan orqanizmində mineralların çatışmamasından da baş verir. Həmin vəziyyətlərin etik, estetik tərəfləri də narahatlıq yaradır.

Vərdişlərin müalicəyə tabe olub, sonradan bərpa edilənləri də olur, bərpa edilməyənləri də. Sinir sistemindən kənar olanlar birbaşa insanın özündən, psixoloji durumundan asılı olur. İnsana bunu izah etmək, bilgiləndirmək, daimi təbliğat etməklə bu adətdən çəkindirmək mümkün olur”.