Azinforum.az primetime.az saytına istinadən xəbər verir ki, Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb. Nəticədə böyük çuxur əmələ gəlib. Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işləri aparılıb.