Vüqar Qaradağlıya cinayət işi açılır — ŞOK İDDİA

0
6
Dünən ATV-nin prezidenti vəzifəsindən uzaqlaşdırılan Vüqar Qaradağlıya cinayət işi açıla bilər.

“Ölkə.Az”-ın məlumatına görə, hətta dünən Qaradağlı vəzifəsindən azad edildikdən sonra telekanala xeyli sayda hüquq-mühafizə orqanları əməkdaşı gəlib.

Mənbənin verdiyi məlumata görə, hazırda onun barəsində araşdırmalar aparılır. Qeyd edilir ki, V.Qaradağlı ona göstərdiyi etimaddan sui-istifadə edib, eyni zamanda şirkətin maliyyə sənədlərində bəzi çatışmazlıqlar da mövcuddur.

Digər tərəfdən Qaradağlı işdən çıxarılan kimi bəzi sənətçilərin “zorla Vüqar Qaradağlının qayını Fuad Dadaşovun restoranında, qohumlarının məclisində pulsuz oxuyurduq, imtina edəndə bizə qadağa qoyulurdu” kimi açıqlamaları da keçmiş rəhbərin əleyhinə işləyən amillərdəndir.

Bəzi mənbələr isə V.Qaradağlının və komandasının uzaqlaşdırılmasına səbəb kimi aparıcı Turan İbrahimovun proqramında dövlətin əlehinə ifadələr işlətməsi göstərilir.

Xatırladaq ki, V.Qaradağlının tutduğu vəzifə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV -nin tərkibində “ATV International” kimi fəaliyyət göstərib.