Prezident İlham Əliyev jurnalist Mehman Əliyevin həbsinə reaksiya verdi

0
3
“Turan” informasiya agentliyinin baş direktoru Mehman ƏIiyev həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb.

Bu barədə haqqın.az  saytı  özünün mötəbər mənbələrindən aldığı  məlumata əsasən xəbər yayıb. Sayt bildirir ki, Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.

Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qətimkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.