Rusiyanın Krasnodar vilayətində “Tamanneftqaz” şirkətinin fəhlələrini daşıyan avtobusun 4 metr hündürlükdən Qara dənizə düşməsi nəticəsində ölənlərin sayı 16-ya yüksəlib.
APA-nın məlumatına görə, avtobusda olanlardan 24-nü xilas etmək mümkün olub, bir nəfərin axtarışı davam etdirilir.
Qəzanın baş verməsinin əsas səbəbi kimi yol hərəkəti qaydalarının pozulması göstərilir. Artıq cinayət işi başlanıb.
Avtobus kran vasitəsilə sudan çıxarılıb. Hadisə yerində 80 xilasedici və 27 texnika işləyir.