Azərbaycan dili səsli axtarış sisteminə daxil edildi –“Google”dən qərar

0
4
“Google” korporasiyası səsli axtarış üçün 30 yeni dil əlavə edib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, səsli axtarışda yeni dillərin sırasına Azərbaycan, gürcü, erməni, hind, urdu və s. dillər daxil edilib. Hazırda “Google”un səsli axtarış sistemi 119 dili dəstəkləyir.

Bundan əlavə, “Google” sisteminin ingilisdilli versiyasında istifadəçilər üçün səsli xidmət vasitəsilə emojiləri seçmək imkanı yaranıb.

Qeyd edək ki, “Google” axtarış sistemində müxtəlif xalqların dillərinə xüsusi diqqət yetirilir. Süni intellekt mütəxəssisləri bu və ya digər dilin incəliklərini “öyrədirlər”.