Jurnalist Sərdar Əlibəyli prokurorluğa çağrılıb

0
4

Jurnalist Sərdar Əlibəyli prokurorluğa çağrılıb

Bir neçə ay əvvəl həbsdən azad edilən jurnalist Sərdar Əlibəyli Bakı Şəhər Prokurorluğuna çağrılıb. Sərdar Əlibəyli əməkdaşımızla söhbətində faktı təsdiqləyib: ” Məni Bakı Şəhər Prokurorluğuna dəvət eləmişdilər. Bəri başdan deyim ki, dostlar narahat olmasın, düşmənlərim isə sadəcə yoxdu. Tək-tək “yenə Sərdarın başı dərdə girdi” deyib sevinənlər var idisə, onlar da rahatlasın. Prokurorluğa dəvət olunmağım, hələ ötən ilin dekabr ayında 14 saylı CÇM-da vəfat edən məhkum Elşad Babayevin ölümü ilə bağlı davam edən istintaqla bağlıydı. Bir sıra, əslində mənə dəxli olmayan, sualları cavablandırdım və necə deyəllər, sərbəst buraxıldım.
Yeri gəlmişkən, prokurorluq əməkdaşlarının mənə qarşı münasibəti və davranışlarını çox normal oldu. Bu səbəbdən onlara təşəkkürümü bildirirəm”.

LEAVE A REPLY