Yaxın vaxtlarda Qış parkı, Sabir və Xaqani bağlarında “Wi-Fi”-a pulsuz giriş təmin olunacaq.
Bunu özəl olaraq Trend-ə Bakı Telefon Rabitəsi İB-nin ictimaiyyətlə əlqalər üzrə mütəxəssisi Nuranə Əliyeva deyib.
Onun sözlərinə görə, işlər “ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılır.
İndiyə qədər Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkında pulsuz “Wi-Fi” təmin olunub.