“Prezident tapşırıb ki, bütün binalara mühafizəçi qoyulsun”

0
5

“Prezident tapşırıb ki, bütün binalara mühafizəçi qoyulsun”

Bakı meri Hacıbala Abutalıbov növbəti dəfə hadisə yerinə gəlib.
O, jurnalistlərə hadisə ilə bağlı açıqlama verib. Abutalıbov bildirib ki, təxribat variantı da istisna edilmir: “Təxribat ehtimalı üzrə araşdırma aparılır. Prezident İlham Əliyev tapşırıq verib ki, bütün binalara mühafizəçi qoyulsun. Bakıda bu üzlüklə üzlənmiş 140 bina var. Hamısından nümunə götürüləcək. Ekspertizanın qərarından sonra onların sökülüb-sökülməyəcəyinə qərar veriləcək. Sabah axşam ekspertizanın rəyi bəlli olacaq.
Bu binada olan üzlüklər 146 dərəcədə yanır. Amma 546 dərəcədə yanmalıdır. O material baha olduğu üçün ucuz üzlük vurublar. Ekspertiza həmin üzlüklərin insan həyatına ziyanlı olub olmaması ilə bağlı qərar verəcək”.

LEAVE A REPLY