Bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində Emmanuel Makron liderlik edir.
Bu barədə RTBF telekanalı xəbər verib
Məlumata əsasən, səslərin 62-65 faizini toplayan “En Marche” (Yürüş) Hərakatının lideri “Milli Cəbhə”nin lideri Marin Le Peni üstələyir.
Seçkilərin nəticələri ilə bağlı rəsmi məlumat yerli vaxtla saat 20:00-dən sonra açıqlanmağa başlayacaq.
Qeyd edək ki, 39 yaşlı E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq. (APA)