Qəzetdəki bir hərf səhvinə görə bütün redaksiya heyətini güllələdilər – ŞOK

0
4

Daşkənd şəhərində dərc olunan Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbu orqanı olan “Pravda Vostoka” qəzetinin 25 oktyabr 1944-cü il tarixli sayında hərf səhvi olub.

Mətnin başlığında, Stalinin adının qarşısındakı “Qlavnokomanduyuşemu” (Baş komandan) sözündə ikinci hərf – “L” hərfi düşüb və “Qavnokomanduyuşemu” (Pox komandan) kimi yazılıb…

Nəticədə SSRİ Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən redaksiyanın bütün əməkdaşları həbs olunublar və daha sonra da güllələniblər.

Qəzetin çap edilmiş bütün nüsxələri köşklərdən və evlərdən tək-tək toplanaraq məhv edilib.
SSRİ Daxili İşlər İdarəsinin (NKVD) əməkdaşlarının bütün cəhdlərinə baxmayaraq 25 oktyabr 1944-cü il tarixli “Pravda Vostoka” qəzetinin 6 nüsxəsini tapmaq mümkün olmayıb.

Bu nüsxələr yalnız SSRİ-nin dağılmasından sonra üzə çıxıb və hazırda həmin nüsxələr qəzet kolleksiyonerlər tərəfindən satın alınaraq saxlanılır.