Rusların 30%-i ABŞ-la müharibəni mümkün sayır –SORĞU

0
4
Rusiya əhalisinin təxminən üçdə biri – 30%-i ABŞ-la müharibəni mümkün hesab edir.

Bu barədə “lenta.ru” Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Lakin sorğuda iştirak edənlərin əksəriyyəti – 63%-i belə bir münaqişəni qeyri-mümkün və ya az ehtimallı sayır. Belə ki, respondentlərin 16%-i ABŞ-Rusiya münaribəsinin tamamilə qeyri-mümkün, 46 faizi isə az ehtimallı olduğunu bildirib. Cəmi 14% hesab edir ki, belə bir müharibə artıq gedir. (APA)