Şimali Koreya:”ABŞ-ın nüvə zərbəsinə nüvə zərbəsi ilə cavab veriləcək”

0
5

Şimali Koreya ABŞ-ın törətmək istədiyi nüvə müharibəsində düşmənə nüvə zərbəsi ilə cavab verəcək. Bu bəyanatı Koreya Xalq Ordusunun vitse-marşalı, Milli Müdafiə Şurasının üzvü Çxve Ryon Xe KNDR-in banisi Kim İr Senin anadan olmasının 105-ci ildönümünə həsr olunmuş paradda səsləndirib.

Azərtac xəbər verir ki, Kiodo agentliyi yüksək rütbəli siyasi və hərbi xadiminin bu sözlərini sitat gətirib: “Əgər Amerika təxribat törədərsə, biz dərhal dağıdıcı hücumla –total müharibəyə total müharibə ilə, nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verəcəyik”.

Şənbə günü Pxenyanda KNDR-in banisi, ölkənin hazırki lideri Kim Çen Inın babası Kim İr Senin anadan olmasının 105-ci ildönümünə həsr olunmuş parad keçirilib. Şimali Koreyada bu gün Günəş günü adlandırılır və əsas dövlət bayramı sayılır. İşıqlandırılmasına 200 xarici jurnalistin dəvət edildiyi, ölkənin hərbi gücünü göstərən paradda ilk dəfə olaraq sualtı qayıqların ballistik raketləri nümayiş etdirilib.