Bu fikirləri Beşinci Qlobal Bakı Forumunun iştirakçısı, Serbiyanın sabiq Prezidenti Boris Tadiç deyib.
İldən-ilə Forumun əhəmiyyətinin artdığını, əhatə dairəsinin genişləndiyini vurğulayan sabiq prezident mühüm məsələlərin müzakirəsi, səmərəli dialoqun qurulması baxımından bu tədbirin önəmini xüsusi qeyd edib.
Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini deyən Boris Tadiç belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakının Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirərək deyib: “Azərbaycanın Avropa İttifaqında istər siyasi, istərsə də mədəni sahələrdə sadiq dostları mövcuddur. Ölkənizin hər bir azərbaycanlının fəxr edə biləcəyi qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, adət-ənənələri var. Azərbaycan iqtisadiyyatı və əməkdaşlığa yönəlmiş səyləri ilə digər ölkələr üçün gözəl nümunədir”. (Azərtac)