Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi paytaxtın bir sıra ictimai yerlərində pulsuz “Wi-Fi” xidmətinin istifadəyə verilməsi üzrə işləri başa çatdırır.
İB-dən bildiriblər ki, hazırda operatorun mütəxəssisləri tərəfindən Bakı bulvarı və Dövlət Bayrağı Meydanının ərazilərində “Wi-Fi” şəbəkəsinə çıxış nöqtəsinin quraşdırılması işləri başa çatdırılıb.
Bundan başqa, İçərişəhər ərazisində avadanlıqların instalyasiyası üzrə işlər yekunlaşıb, növbəti mərhələdə isə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində ödənişsiz internetin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur.