5 tələbənin ölümünə, 17 nəfərin yaralanmasına səbəb olan qəza anının görüntüləri –VİDEO

0
4
Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb.

Strateq.az Avtosfer.az-a istinadən xəbər verir ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

“ZİL” markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı, “ZİL”in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Bu arada Avtosfer.az qəzanın başvermə anını və səbəbini açıq-aşkar əks etdirən görüntüləri əldə edib.

Görüntülərdən məlum olur ki, qəzaya düşən qırmızı rəngli “Ford”ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Göründüyü kimi, o, digər “Ford”u ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl “ZİL” markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb.

Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. “ZİL”in sürücüsü maşını körpüdə saxlayaraq guya təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb.

Videodan da göründüyü kimi, “Ford” ötmə əməliyyatı edəndən sonar sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldaki mişar daşlarına dəyən “Ford” daha sonra sol tətəfdən “ZİL”ə çırpılıb.

Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Namiq Hüseynov uzun illərdir “Ford” sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib.

Bu dəfə isə sözsüz ki, onun cəriməsi daha ağır olacaq – həbsxana…

Qeyd edək ki, qəza nəticəsində 5 tələbə dünyasını dəyişib, 17 nəfər yaralanıb.

PAYLAŞ: