NASA:”Marsda ildə bir dəfə qeyri-adi qar yağır”

0
6
Marsın cənub qütbündə ildə bir dəfə qar yağır.

Azərtac rueconomics.ru saytına istinadla xəbər verir ki, NASA alimləri bu qənaətə gəliblər.

Mütəxəssislər Marsa düşən qarın Yerdəki qarla eyni olmadığını bildiriblər. Alimlərin fikrincə, qış dövründə Marsda havanın temperaturu 128 dərəcəyə düşür. Nəticədə donmuş karbon qazı kristallar şəklində planetin səthinə çökür və beləliklə, qar örtüyü əmələ gəlir.