ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhanini sözlərində ehtiyatlı olmağa çağırıb.
Bu barədə ABŞ dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Yaxşısı budur, o, sözlərində ehtiyatlı olsun”, deyə D.Tramp bildirib.
İslam inqilabının 38-ci ildönümü münasibətilə keçirilən bayram tədbirində prezident Həsən Ruhani deyib ki, İrana hədə-qorxu gələnlər peşman olacaq. (APA)