İran səfirliyi araşdırma sözü verdi:“Biz Artsax adında heç bir qurum tanımırıq”

0
6
“Bizim bütün tarixi və coğrafi adlara ehtiramımız var və bu adların dəyişməsinin əleyhinəyik”.

Bu sözləri İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi “Artsaxın səsi” adlı musiqi qrupunun İranda islam İnqilabına həsr olunmuş bayram proqramında çıxış edəcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, coğrafi adların dəyişdirilməsi beynəlxalq hüquqa ziddir: “Biz Artsax adında heç bir qurum tanımırıq. İranda da heç kəs belə bir qrup tanımır. İslam inqilabı günü müxtəlif ölkələrdən olan qruplar İranda çıxışı edir. Qrupun İranda çıxışı araşdırılır. Biz səfirlik olaraq bu barədə Tehrana məlumat vermişik. Hazırda dəqiqləşdirmələr aparılır”. 

APA