Moskvada son 120 ilin ən soyuqgecəsi olub

0
5
Bu ilin Milad gecəsi Moskvada nəinki bu qışın ən soyuq gecəsi müşahidə olunub, həmçinin meteoroloji müşahidələrin son 120 ilinin rekordunu müəyyənləşdirib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiyanın paytaxtında Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində termometr mənfi 29,9 dərəcəni göstərib. Moskva ətrafında – Klin və Dimitrov şəhərlərində havanın hərarəti 33,4 dərəcəyə, Volokolamsk şəhərində isə 32,2 dərəcəyə qədər enib.

Buna baxmayaraq, bu gecənin temperatur minimumu ümumi rekordu yeniləyə bilməyib. Belə ki, 120 il bundan əvvəl, 1881-ci ildə Moskvada 35 dərəcəyə qədər şaxta olmuşdu. Ən isti Milad gecəsi isə 2007-ci ildə qeydə alınıb – müsbət 3,5 dərəcə.

Meteoroloqların məlumatına əsasən, bazar günündən etibarən paytaxtda şaxta bir qədər azalacaq başlayacaq və bu tendensiya növbəti həftə boyu davam edəcək.